Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Autizm Assosiasiyası və ADBTİA birgə əməkdaşlığa hazırlaşır

Azərbaycan Autizm Assosiasiyası və ADBTİA birgə əməkdaşlığa hazırlaşır


Azərbaycan Autizm Assosiasiyası və ADBTİA birgə əməkdaşlığa hazırlaşır.

Newscenter.az xəbər verir ki, bu barədə razılıq Azərbaycan Autizm Assosiasiyasının prezidenti, Milli Məclisin deputatı Jalə Əhmədovanın sözügedən təhsil ocağında görüşü zamanı əldə edilib. Bu barədə məlumat verən millət vəkili deyib ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında baş tutan görüş zamanı qurumun Mulltimedia Mərkəzi və Elmi-Tədris laboratoriyasının fəaliyyəti ilə yaxından tanış olub:

"Akademiyanın rektoru Fuad Hacıyev ikili diplom proqramları, beynəlxalq dərəcəli mütəxəssis və əcnəbi professorların iştirakı ilə idman və reabilitasiya istiqamətində aparılan işlər barədə ətraflı məlumat verdi. Həmçinin mühüm əhəmiyyət kəsb edən mövzu ətrafında fikir mübadiləsi apardıq".

Jalə Əhmədova deyib ki, Assosiasiyanın prezidenti olaraq ölkədə autizm ilə bağlı görülən tədbirlər, dövlətin bu sahəyə diqqət və qayğısı, assosiasiyanın fəaliyyəti, eləcə bölgələrdə bu sahədə mövcud olan problemləri və qanunvericilikdə olan boşluqları görüş iştirakçılarının diqqətinə çatdırıb:

"Habelə məni ən çox narahat edən məsələ ətrafında çıxış edərək bildirdim ki, son dövrlər autizm spektrli şəxslərə "dəstək" məqsədi ilə yaradılan bir çox mərkəzlərin əslində çox çirkin əməllər üzərində qurulan əməlləri məndə böyük təəssüf hissi doğurur. Autizm spektrli uşaqlar üzərində maddi qazanc güdən həmin mərkəzlərin fəaliyyətinə ciddi nəzarət mexanizmi tətbiq edilməli və qeyri-qanuni hərəkətlər aşkar edildikdə fəaliyyəti dayandırılmalı, həmin şəxslər qanuna uyğun olaraq cəzalandırılmalıdır.

Görüş zamanı, assosiasiya və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası arasında mümkün istiqamətlər üzrə gələcək fəaliyyət planlarını da müzakirə etdik və əməkdaşlığımızın faydalı olacağından əminliyimi ifadə etdim",-deyə Jalə Əhmədova bildirib.

Süleyman
Xəbəri paylaş