Ermənistanda yaşayış səviyyəsi hər ötən il bir qədər də ağırlaşır.
Newscenter.az hraparak.am-a istinadən bildirir ki, ötən il İrəvanda yaşamaq qonşu ölkələrin paytaxtlarına nisbətən daha bahalı olub. Belə ki, bir nəfərin İrəvanda yaşaması üçün 3246,3 dollar lazım olduğu halda, Moskvada bu məbləğ 2909,4 dollar təşkil edib. Nəticə etibarilə İrəvanda yaşamağın Moskva ilə müqayisədə 15,1 faiz bahalı olduğu qənaəti formalaşıb.
Ermənistan paytaxtında kirayə mənzillərin istehlak qiymətləri də son illərdə bahalaşıb və qiymət səviyyəsinə görə, qonşu ölkələri keçib. Məlumatda bildirilir ki, İrəvanda kirayə mənzillərin qiyməti Moskvadakı qiymətlərdən 11,6 faiz bahadır.
Eyni zamanda aparılan təhlillər nəticəsində İrəvanda restoran qiymətlərinin Moskva ilə müqayisədə 21,8 faiz, ərzaq qiymətlərinn 17,6 faiz baha olduğu məlum olub. İrəvanda yerli əhalinin alıcılıq qabiliyyəti isə Moskva ilə müqayisədə 56,9 faiz aşağıdır.
Anar TAĞIYEV