Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könüllülərdən ibarət mobil qrup yaradılacaq

Könüllülərdən ibarət mobil qrup yaradılacaq


Qazaxıstanda könüllülrədən ibarət mobil qrupun yaradılması nəzərdə tutulur.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, sözügedən qrup ölkədə baş verəcək hər hansı fövqəladə halların aradan qaldırılmasında müvafiq qurumlara köməklik göstərəcəklər. Yaradılacaq mobil qrup əsasən Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi ilə koordinasiyalı şəkildə işləyəcək.

Qeyd edək ki, hazırda Qazaxıstanda 136 könüllü təşkilatı, o cümlədən 47 mindən çox könüllü Daxili İşlər Nazirliyinin strukturları ilə fəal əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Onlar müntəzəm təlimlər keçirlər. Son 3 ildə 3,5 mindən çox könüllü xüsusi təlimlərdə iştirak edib.

Anar TAĞIYEV
Xəbəri paylaş