“Fevralın 7-də ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərində milli inkişafçılar Yeni Azərbaycan Partiyasının namizədi, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə səs verəcəklər”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, bununla bağlı təşkilatın ümumi yığıncağı keçirilib və yığıncaqda hamılıqla 7 fevral seçkilərindən İlham Əliyevə səs verəcəyini bildirib:
“Ölkənibn mütləq əksəriyəti vətəndaşları kimi milli inkişafçılar da hesab edirlər ki, Azərbaycanı qalib xalqa çevirən dövlət başçısını seçkilərdə qalib liderə çevirmək bizim mənəvi və vətəndaşlıq borcumuzdur. Ona görə də hamılıqla Cənab İlham Əliyevə səs verəcəyik ki, 7 fevral seçkilərindən də dövlət başçısı qalib lider kimi ayrılsın”.
“Əminik ki, qədirbilən xalqımız bütün bunları görüb, analiz edib öz layiqli namizədinə, Cənab İlham Əliyevə səs verəcək. Ən azı İlham Əliyevin rəhbərliyi altında ötən 20 il ərzində Azərbaycanın əldə etdiyi uğurlar, ölkəmizin təkcə regionda deyil, eləcə də dünyada nüfuzunun artması, qlobal anlamda söz sahibinə çevrilməsi seçicilərin mütləq əksəriyyətinin İlham Əliyevə səs verməsini şərtləndirəcək”.
Süleyman