Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Naxçıvan Dövlət Universitetində “Vətən naminə bir arada” layihəsi həyata keçirilib

Naxçıvan Dövlət Universitetində “Vətən naminə bir arada” layihəsi həyata keçirilib


Naxçıvan Dövlət Universitetində “Vətən naminə bir arada” layihəsi həyata keçirilib.

Newscenter.az təhsil ocağına istinadən bildirir ki, Şəhid analarının iştirakı ilə keçirilən görüşdə universitetin rektoru Elbrus İsayev qəhrəman oğullarımızın keçdiyi şərəfli ömür yolundan söz açıb, layihənin məqsəd və vəzifələrindən danışıb.

Çıxışlardan və layihənin təqdimatından sonra sonra Universitetin Sosial Xidmət Mərkəzində ehsan süfrəsi açılıb. Ehsan süfrəsi ətrafında davam edən söhbət zamanı ali təhsil ocağının rəhbərliyi şəhid analarının arzu və istəklərini dinləyib, onların qayğıları ilə maraqlanıb.



Süleyman
Xəbəri paylaş