Özbəkistanın Çinlə müxtəlif sahələrdə əməkdaşlığı davam edir. Bu əməkdaşlığın bir istiqaməti də Çinin dəstəyi ilə Özbəkistanda Su Elektrik Stansiyalarının tikintisidir.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu çərçivədə Özbəkistanın Əndican vilayətində daha bir SES tikiləcək. SES-in tikintisi layihəsi üzrə ilkin araşdırmalar aparılıb və onun Əndican vilayətinin İzboskan rayonunda tikilməsi qərara alınıb. Bildirilir ki, bu məqsədlə Çin nümayəndə heyəti Əndicana səfər edib və İzboskan rayonunda olub.
Qeyd edək ki, Mərkəzi Asiya dünyada hidroenergetika potensialının 25 faizindən də azının inkişaf etdirildiyi nadir regionlardan biridir. Hazırda rayonda 80-dən çox su elektrik stansiyası var, onların ümumi quraşdırılmış gücü 14 min MVt-a yaxındır. Bu gün Özbəkistanın hidroenergetika gücü mövcud potensialdan 2-3 dəfə azdır. Ekspertlərin hesablamalarına görə, Özbəkistanın su elektrik potensialı 8 min meqavatdır.
Mehman Mehdiyev