Roma Papası Fransisk Rusiya ilə Ukrayna arasında davam edən müharibəni sona çatdırmaq məqsədilə vasitəçilik etməyi düşünür.
Newscenter.az RİA Novostiyə istinadən bildirir ki, Papa Fransisk Vatikanda Rusiya və Ukrayna nümayəndələri arasında hər iki tərəfin mövqelərini müqayisə etmək üçün danışıqlar aparmağı nəzərdə tutub.
Bildirilir ki, hətta Papa Moskva və Kiyev arasında sülh danışıqlarının başlaması üçün kiçik bir sammit təşkil etmək niyyətindədir. Bu məqsədlə yaxın vaxtlarda hər iki ölkənin nümayəndələrinin Vatikana dəvət ediləcəyi bildirilir.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında münaqişə 2022-ci il fevralın 24-də başlayıb.
Anar TAĞIYEV