"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün hələ də fürsətlər tükənməyib. Hər nə qədər Ermənistan tərəfində bu prosesə mane olmağa çalışan qüvvələr olsa da, ancaq ümumilikdə Ermənistan hakimiyyətində də sülhə meyillilik müşahidə edilməkdədir".
Newscenter.az xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan bildirilib ki, Ermənistan hakimiyyəti özündə siyasi iradə tapıb revanşistləri yerində oturtmalı, Azərbaycanla sülh müqaviləsinə imza atmalıdır:
"Əslində Ermənistan hakimiyyəti bu reallığı qəbul edir. Lakin həm daxili, həm də xarici amillər, əsas etibarilə də Fransa amili Ermənistan hakimiyyətini müstəqil siyasət həyata keçirmək, addım atmaq istəyindən yayındırır. Bu da sülhə qarşı yönələn maneələrdəndir".
Anar Əliyev