Türkiyədə bələdiyyə seçkiləri öncəsi bir sıra zəruri addımların atılması nəzərdə tutulub.
Newscenter.az xəbər verir ki, "Financial Times"in yazdığına görə, bələdiyyə seçkiləri öncəsi Türkiyə hakimiyyəti VPN-ə çıxışı məhdudlaşdırmaq üçün internet provayderlərinə müraciət edib.
Türkiyə rəsmiləri həmçinin internet şirkətlərindən sorğunun gedişi ilə bağlı dövlət tənzimləyici orqanına hesabat verməyi tövsiyə ediblər. Bildirilib ki, indi provayder şirkətlər hesabatla çıxış etməli olacaqlar,
Xatırladaq ki, VPN vasitəsilə istifadəçilər nəzarətsiz əlaqə saxlamaq imkanı əldə edir, hökumət verilən istifadəçinin kim olduğunu öyrənə bilmir.
Anar TAĞIYEV