Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

20 ölkə Rusiyanın Maliyyə Mesajlaşma Sisteminə qoşulub

20 ölkə Rusiyanın Maliyyə Mesajlaşma Sisteminə qoşulub


İqtisadi sferada Qərbin sanksiyaları üzləşən Rusiyanın alternativ variantları işə yarayır.

Newscenter.az RIA Novostiyə istinadən bildirir ki, Rusiyanın təşəbbüsü olan Maliyyə Mesajlaşma Sisteminə qoşulan ölkələrin sayının tədricən artması belə deməyə əsas verir. Məlumata görə, artıq 20 ölkə Rusiya Mərkəzi Bankının beynəlxalq maliyyə məlumatlarının ötürülməsi və ödənişlərinin məşhur SWIFT sisteminin alternativi olan Maliyyə Mesajlaşma Sisteminə qoşulub. Bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.

Hazırda sistemə ümumilikdə 557 bank və şirkət qoşulub ki, onlardan 159-u iyirmi ölkəni təmsil edən qeyri-rezident bank və şirkətlərdir.

Qeyd edək ki, dekabrda Rusiya Federasiyası Mərkəzi Bankının hesabatına əsasən, yuxarıda qeyd olunan sistemə qoşulan şirkət və bankların sayı 16 ölkədən 150 olub.

Natiq Orucov
Xəbəri paylaş