Qazaxıstanda elektron ticarət göstəriciləri ildən-ilə artmaqdadır.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, ölkə əhalisi əsasən məişət əşyaları, paltar, yemək, kosmetika və dərmanları internet vasitəsilə alırlar. Məlumata görə, ötən ilin 11 ayında Qazaxıstanda elektron ticarətin həcmi təqribən 2,2 trilyon tenge təşkil edib. Bu göstərici pərakəndə ticarətin həcmindən 13 faiz çoxdur. Ondan əvvəlki il isə ölkədə elektron ticarətin payı 12,5% təşkil edib ki, bu da təxminən iki trilyon tenge deməkdir.
Hesablamalara görə, 2030-cu ilə qədər Qazaxıstanda elektron ticarətin payı 20 faizə yüksələcək.
Natiq Orucov