Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

250 ədəd patron aşkar edilib

250 ədəd patron aşkar edilib



Naxçıvan Baş Gömrük İdarəsinin "Sədərək” gömrük postunda Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Türkiyə Respublikasından İran İslam Respublikasına gedən yük nəqliyyat vasitəsi stasionar rentgen qurğusunda yoxlamaya cəlb olunub.

Newscenter.az-a DGK-dan bildirilib ki, müşahidə monitorunda şübhəli təsvirlərin görülməsi səbəbindən yük nəqliyyat vasitəsində aparılan əsaslı yoxlama zamanı kabinin müxtəlif yerlərindən ov silahı üçün 250 ədəd patron aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Süleyman
Xəbəri paylaş