Almaniyanın Rusiyaya qarşı müharibəyə başlayacağı iddiası istər Rusiyada, istərsə də bütün dünyada şok effekt yaradıb. Rəsmi Berlinin səslənən iddia ilə bağlı nə təsdiq, nə də təkzib açıqlaması verməməsi iddiaların reallığa yaxın olduğu fikri formalaşdırıb. Bəs görəsən bu barədə ekspertlər nə düşünür?
Politoloq Samir Hümbətov Newscenter.az-a verdiyi açıqlamada Almaniyanın Rusiyaya qarşı müharibəyə başlayacağını istisna edib. Onun sözlərinə görə, ilk növbədə müharibəyə başlamaq üçün müəyyən hazırlıqlar getməlidir. Lakin alman tərəfində bu müşahidə edilmir:
“Düzdür, Almaniya tərəfi ordunun moderizasiyası üçün təqribən 100 milyard dollar ayırmağı nəzərdə tutub. Ancaq bu məbləğ də hələ bir müddət sonra ayrılacaq. Statistikaya baxanda da görürük ki, Almaniya tərəfinin bəzi silah və hərbi texnikaları hətta deyərdim ki, 20-ci əsrin 80-90-cı illərdən qalan texnikalardır. Bununla isə döyüşə, müharibəyə girmək məğluybiyyət deməkdir. Müharibəyə başlamaq üçün kifayət qədər hazırlıqlı bir prosesin keçməsi lazımdır”.
Samir Hümbətov onu da deyib ki, ancaq müəyyən situasiyada Almaniya NATO-nun üzvü olaraq Rusiya ilə müharibəyə girməyə təhrik edilə bilər:
“Amma indiki halda mən düşünmürəm ki, Almaniya birbaşa Rusiya ilə müharibəyə girsin. Çünki hələ də Almaniya mavi yanacağa olan tələbatının müəyyən bir hissəsini Rusiya hesabına qarşılayır”.
Süleyman