Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ARDNF vəsaitinin idarə olunmasından əldə edilən gəlir 6 337,8 milyon manat təşkil edib

ARDNF vəsaitinin idarə olunmasından əldə edilən gəlir 6 337,8 milyon manat təşkil edib


2023-cü ildə 100 illiyini qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin məqsədyönlü neft strategiyasının önəmli tərkib hissəsi kimi neft və qaz gəlirlərinin indiki və gələcək nəsillər arasında ədalətli bölgüsünün təmin edilməsi məqsədilə yaradılan Azərbaycan Respublikası Dövlət Fondu cənab Prezident İlham Əliyevin 20 illik rəhbərliyi dövründə iqtisadi quruculuq və institusional inkişaf üzrə həyata keçirdiyi islahatlar nəticəsində böyük inkişaf yolu keçərək vəsaitlərin idarə edilməsi, hesabatlılıq və şəffaflıq kimi istiqamətlərdə beynəlxalq müstəvidə örnək qurum kimi tanınmışdır və aktivlərinin həcminin ən yüksək səviyyəsinə çatmışdır.

Newscenter.az ARDNF-ə istinadən bildirir ki, ötən il ərzində aktivlər 7 milyard ABŞ dolları və ya 14,3% artmışdır.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2023-cü ilin sonuna ARDNF-nin aktivləri 2023-cü ilin əvvəlinə (49 033,6 milyon ABŞ dolları) nisbətən 14.3% (və ya 7 milyard ABŞ dolları) artaraq 56 069,7 milyon ABŞ dolları təşkil etmişdir.

Hesabat ili ərzində ARDNF-nin büdcəsi 9 829 milyon manat həcmində profisit ilə icra olunmuşdur.

2023-cü il ərzində ARDNF-nin büdcə gəlirləri 21 661,9 milyon manat, büdcə xərcləri isə 11 832,6 milyon manat təşkil etmişdir.

2023-cü il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 15 324,1 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 14 519,0 milyon manat, bonus ödənişləri 800,7 milyon manat, tranzit gəlirləri 0,8 milyon manat, akrhesabı ödənişlər isə 3,6 milyon manat təşkil etmişdir.

Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlir 6 337,8 milyon manat təşkil edir.

Hesabat dövrü ərzində ARDNF-nin 2023-cü il büdcəsinin icrası çərçivəsində 11 737,6 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 27,9 milyon manat yönəldilmişdir. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 34,3 milyon manat yönəldilmişdir. 2023-cü ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 32,8 milyon manat təşkil etmişdir.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəlirləri 2 132,1 milyon manat təşkil etmişdir.

2023-cü ildə aktivlərin artımı ARDNF-nin büdcə gəlirlərinin büdcə xərclərini üstələməsi və vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər, o cümlədən büdcədənkənar gəlirlər hesabına olmuşdur.

Keçən il ərzində Fondun investisiya gəlirliliyi 7,1% olmaqla yaranma tarixindən ən yüksək gəlirlilik göstəricisi ilə səciyyələnmişdir.

2023-cü il, maliyyə bazarları üçün bir çox inkişaf etmiş ölkələrin mərkəzi banklarının sərtləşmə siyasətini davam etdirdiyi bir dövrdə iqtisadi artım və inflyasiya ilə bağlı qeyri-müəyyənliyin təkan verdiyi volatillik ilə xarakterizə olunan bir il kimi yadda qalmışdır. Tənəzzül ili ola biləcəyi ilə bağlı proqnozlara baxmayaraq, qabaqcıl ölkələrdə inflyasiyanın səviyyəsində müşahidə olunan yavaşlama, eləcə də yüksək dayanıqlılıq fonunda bir sıra iqtisadi göstəricilərdə izlənilən müsbət tendensiya xüsusən ilin sonuna doğru iqtisadi artıma da müvafiq təsirini göstərmişdir.

İqtisadi göstəricilərdəki volatillik maliyyə aktivlərinin gəlirliliyinə təsirsiz ötüşməmişdir. İki illik ardıcıl itkilərdən sonra istiqraz indekslərinin əksəriyyətində ilin sonuna doğru olmaqla müsbət gəlirlilik nəticələri qeydə alınmışdır. Eyni zamanda, əsas səhm indeksləri də, inflyasiya və qabaqcıl iqtisadiyyatların mərkəzi banklarının faizləri endirəcəkləri ilə bağlı nikbin gözləntilərin fonunda ili müsbət gəlirlərlə başa vurmuşdur.

Natiq Orucov
Xəbəri paylaş