Özbəkistanda aylıq keşbek məbləği məhdudlaşdırılıb.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu bardədə Özbəkistanən Vergi Komitəsinin inspektoru Ənvər Nemətov məlumat verib. O bildirib ki, Özbəkistan vətəndaşlarının demək olar ki, 100 faizi 200.000 soma qədər kəsbək alır.
Bundan sonra Özbəkistanda əsas hesablamanın 60 mislindən çox olmayan alış məbləğinin 1 faizi qaytarılacaq.
Vergi Komitəsinin rəsmisi cashback məbləği məhdudlaşdırılmasını çoxlu sayda şikayət və müraciətlərin daxil olması ilə əlaqələndirib. Bildirilib ki, yeni qayda başqa şəxsə məxsus keşbək məbləğlərinin mənimsənilməsi və ya sahibkarlıq subyektləri tərəfindən satınalma qəbzini alıcıya vermədən onun özü və ya onun tərəfindən köçürülməsi hallarına görə tətbiq edilib.
Natiq Orucov