Bu il Qazaxıstanda 90,3 milyon ton neft hasil ediləcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstanın Energetika Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, qarşıya qoyulan hədəf 2023-cü ilin göstəricisi ilə eynidir. Nazirlik, 2023-cü ildə Qazaxıstanda 90 milyon ton neft hasil edildiyini açıqlayıb.
Məlumat üçün qeyd edək ki, 2022-ci ildə Qazaxıstanda 84,2 milyon, 2021-ci ildə isə 85,9 milyon ton neft hasil edilib.
Mehman Mehdiyev