Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan çaşqın vəziyyətdədir -ERMƏNİ POLİTOLOQ

Ermənistan çaşqın vəziyyətdədir


"Ermənistan indi müəyyən mənada çaşqınlıq vəziyyətindədir. Hakimiyyət Ermənistan-Azərbaycan münasibətlərində sıçrayış qeydə alınacağına ümid edirdi. Lakin bu baş vermədi".

Newscenter.az "Sputnik Ermənistan"a istinadən bildirir ki, bunu erməni politoloq Beniamin Poqosyan deyib. O bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına mane olan əsas məqamlardan biri də İrəvanın təklfinin nəzərə alınmamasıdır:

"Baş nazir Nikol Paşinyan bir neçə gün əvvəl partiya üzvləri ilə görüşündə Azərbaycan prezidenti İlham Əliyevə silahlara nəzarət sazişinin imzalanmasını təklif etdiyini bildirmişdi. Bununla da Ermənistan və Azərbaycan silahlanma ilə bağlı konkret razılaşmalar əldə edəcək və onları yerinə yetirmək üçün bir-birinə nəzarət etmək imkanı əldə edəcəklər. Ancaq elə bir müqavilənin imzalanması çox vaxt və əmək tələb edir. İlk növbədə müəyyən səviyyədə qarşılıqlı etimad mühiti yaranmalıdır".

Anar TAĞIYEV
Xəbəri paylaş