Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kimin hansı fikir səsləndirməsindən asılı olmayaraq, xalq yekdilliklə öz Liderinin arxasındadır

Kimin hansı fikir səsləndirməsindən asılı olmayaraq, xalq yekdilliklə öz Liderinin arxasındadır


"Mərkəzi Seçki Komissiyasının təstiq etdiyi təqvimə əsasən növbədənkənar prezident seçkilərinin təbliğat kampaniyasına start verilib. Artıq, iki gündür ki, Yeni Azərbaycan Partiyasını təmsil edən deputat olaraq, Balakən rayonu seçiciləri ilə görüşlərdə iştirak edirəm. Rayonda seçki mühiti yüksək səviyyədədir. Seçkilərin şəffaf, ədalətli keçirilməsi təmin olunacaqdır".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev seçki prosesinin mərhələlərini şərh edərkən səsləndirib. Millət vəkili bildirib ki. bütün namizədlərin, onların nümayəndələrinin seçki prosesində iştirak etmələri və təbliğat aparmaları üçün bərabər şərait yaradılıb:

"Hər hansı maneçilikdən, hərəkət məhdudiyyətindən söhbət gedə bilməz".

Bəzi, beynəlxalq təşkilatların bu seçkilərdə də neqativ fikirlər səsləndirmələri məsələsinə gəldikdə isə, Nəsib Məhəməliyev hesab edir ki, bu istisna deyil:

"Biz əvvəlki seçkilərdə qərəzli yanaşmaların, sifarişli rəylərin şahidi olmuşuq. Həmin təşkilatlara Azərbaycanda demokratiya yox, kənardan idarə olunan zəif hökumət lazımdır. Seçkilərdə elementar hüquq pozuntularını qabardanlar, 30 il ərzində bir milyon qaçqının, məcburi köçkünün problemlərini görməzdən gəldilər. Heç olmasa, onların cüzi hissəsinin belə öz yurdlarına qaytarılmasına cəhd etmədilər. Ona görə də, Azərbaycan xalqı bilməlidir ki, biz seçkiləri beynəlxalq təşkilatlar üçün deyil, öz gələcəyimiz üçün keçiririk. Xüsusilə, indiki şəraitdə xalqın etibar etdiyi, çətin sınaqlardan üzüağ çıxmış İlham Əliyevin reytinqi ən yüksək səviyyədədir".

Nəsib Məhəməliyev, "30 il ərzində ikili standartlardan bezmiş, haqq səsi eşidilməyən, məğlub sindromu ilə yaşamaq məcburiyyətində olan xalqın milli qürurunu məhz, İlham Əliyev bərpa etdi. Kimin hansı fikir səsləndirməsindən asılı olmayaraq, xalq yekdilliklə öz Liderinin arxasındadır",-deyə bildirib.

Süleyman İsmayılbəyli
Xəbəri paylaş