![Misirdə Azərbaycan dilini öyrənmək istəyən əcnəbi tələbələrin sayı artır](/uploads/posts/2024-01/img-20240116-wa0011.jpg)
Qahirədə Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili kurslarının yeni müdavimləri ilə görüş olub.
Newscenter.az-a daxil olan xəbərə görə, görüşdə çıxış edən Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və bu ölkədəki Azərbaycan diasporunun rəhbəri, tədqiqatçı-alim Seymur Nəsirov tələbələrə Azərbaycanın tarixi, mədəni irsi, müasir inkişafı, ədəbiyyatı haqqında geniş məlumat verib.
![](/uploads/posts/2024-01/img-20240116-wa0015.jpg)
S.Nəsirov bildirib ki, Cəmiyyətin nəzdində fəaliyyət göstərən kurslara dilimizə böyük maraq göstərən daha 114 nəfər müraciət edib. Yeni – 29 müdavim üçün açılan əlavə qrupda ilk dərs keçirilib. Tələbələrin arasında misirlilərlə yanaşı, İndoneziya, Suriya və Yəmən vətəndaşları da var.
Əl-Əzhər Universitetində və Cəmiyyətdəki kurslarda Azərbaycan dilini tədris edən İnarə Osmanova tələbələrə Azərbaycan dilinin əhəmiyyəti, onun ərəb dili ilə oxşar cəhətləri haqqında məlumat verib.
![](/uploads/posts/2024-01/img-20240116-wa0013.jpg)
Qeyd edək ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdindəki kurslarda Azərbaycan dili ilə yanaşı, həm də müxtəlif fənlər üzrə 56 ölkədən 663 tələbə ödənişsiz təhsil alır.
Süleyman