Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağ bölgəsində ermənilərin növbəti silah-sursat anbarı aşkarlanıb -VIDEO

Qarabağ bölgəsində ermənilərin növbəti silah-sursat anbarı aşkarlanıb


Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş tikililərə baxış zamanı növbəti silah-sursat anbarı aşkar edilib.

Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan silahlı qüvvələri birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi məqsədlər üçün istifadə etdiyi mülki təyinatlı infrastrukturdan silah və sursatla dolu yeşiklər, müxtəlif tipli qumbaraatanlar üçün mərmilər, piyada və tank əleyhinə minalar və raketlər müsadirə edilib.



Mehman Mehdiyev
Xəbəri paylaş