Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qırğızıstan və Tacikistan daha 38,3 kilometr ərazi ilə bağlı razılığa gəldi

Qırğızıstan və Tacikistan daha 38,3 kilometr ərazi ilə bağlı razılığa gəldi


Qırğızıstanla Tacikistan bir müddət əvvəl silahlı qarşıdurmaya səbəb olan sərhəd problemini tədricən həll edir.

Newscenter.az "Sputnik Qırğızıstan"a istinadən bildirir ki, Bişkeklə Düşənbə daha 38,3 kilometr ərazi ilə bağlı razılığa gəlib. Bu məqsədlə Qırğızıstanın paytaxtı Batkendə iki ölkənin hökumət nümayəndə heyətlərinin işçi qrupunun iclası keçirilib.

Görüşün sonunda bildirilib ki, tərəflər Tacikistan ərazisində keçiriləcək növbəti görüşdə qalan ərazilərin təsviri üzrə işi davam etdirəcəklər. İclasın sonunda müvafiq protokollar imzalanacaq.

Qeyd edək ki, iki ölkə arasında sərhədin uzunluğu 972 kilometrdir. Ötən ilin avqust ayına olan məlumata görə, sərhədin 290 kilometri təsdiqlənməmiş qalıb.

Anar Əliyev
Xəbəri paylaş