Qərbin sankssiyalarının getdikcə daha da artması Rusiyanı bəzi yumşaldıcı addımlar atmaq məcburiyyətində qiyub.
Newscenter.az "Sputnik Qazaxıstan"-a istinadən bildirir ki, Moskva Qazaxıstan üçün tətbiq etdiyi bəzi qadağaları da aradan qaldırıb. Bunlardan biri də heyvandarlıq məshullarının idxalıdır.
Məlumata görə, Rusiya Federasiyası Qazaxıstandan heyvandarlıq məhsullarının idxalına qoyulan məhdudiyyətləri aradan qaldırıb, Qərar Qazaxıstan Respublikası və Rusiya Federasiyasının kənd təsərrüfatı nazirləri Aidarbek Saparov və Dmitri Patruşev arasında dekabrda aparılan danışıqlar zamanı əldə olunmuş razılaşmalar nəticəsində qəbul edilib.
"Qazaxıstan məhsullarının ixracına maneələrin aradan qaldırılması dövlət başçısının tapşırığı çərçivəsində həyata keçirilir. Bu, Qazaxıstan və Rusiyanın kənd təsərrüfatı sektoru üçün mühüm addımdır, iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verir", - deyə Aydarbek Saparov qeyd edib.
Qeyd edək ki, 2022-ci ilin yanvarında Qaraqanda vilayətində dabaq xəstəliyinin yayılması ilə əlaqədar Qazaxıstan məhsullarının Rusiyaya idxalı məhdudlaşdırılıb.
Anar TAĞIYEV