"Son günlər Ermənistanda müharibə ritorikası artıb və Azərbaycanla hərbi qarşıdurma istisna edilmir. Bu xəbərlər fonunda Rusiyanın Ermənistana silah verməsi erməni cəmiyyətini və Ermənistandakı hakimiyyəti əla almaq cəhdi sayıla bilər".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Vüqar Əhmədov Rusiyadan Ermənistana silah göndərilməsi ilə bağlı yayılan xəbərləri şərh edərkən səsləndirib. O bildirib ki, belə halları biz 44 günlük müharibə zamanı da görmüşdük:
"Bunlar müəyyən qədər Ermənistanı sakitləşdirmək cəhdi sayıla bilər, lakin inanmıram ki, bu silahlar həlledici silahlar olsun. Çünki indi Rusiyanın özü Ukrayna ilə müharibəyə görə silaha daha çox ehtiyac duyur. Rusiya Ermənistanda öz siyasi və hərbi mövcudluğunu qoruyub saxlamaq üçün belə addımlar ata bilər".
Vüqar Əhmədov deyib ki, son zamanlar Ermənistan hakimiyyətinin də rəsmi Moskvadan incik olduğunu müşahidə edirik:
"Amma unutmamalıyıq ki, bütün bunlar zəifləmiş erməni halıdır, erməni cəmiyyətinin elə bir xisləti var ki, hakimiyyətdə kim olmasından aslı olmayaraq onlar özlərində real güc hiss etsələr orada revanşist qüvvələr baş qaldırar. Dəmir yumruğun hər zaman onların başının üstündə olması vacibdir".
Anar Əliyev