"7 fevrala təyin olunmuş növbədənkənar prezident seçkilərinin ikinci mərhələsinə artıq start verilib. Qeydə alınan namizədlərə efir və rəsmi mətbuat orqanlarında ödənişsiz efir imkanları yaradılıb. Bu seçkilərin favoriti və qalibinin hazırkı ölkə başçısı İlham Əliyevin olması birmənalı olaraq hamı tərəfindən, hətta opponentləri tərəfindən də qəbul edilir".
Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki, Ali Baş Komandan kimi İ.Əliyevin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi onu təkcə ölkə daxilində deyil, beynəlxalq arenada da xeyli populyarlaşdırdı. Prezidentliyə digər namizədlərin hər biri ilə normal münasibətlərim və şəxslərinə hörmətim var. Onların hər birini də bu marafonda hansısa bir uğur qazanacaq potensialda görürəm. Lakin ötən prezident seçkilərinin nəticələrini və cəmiyyətdəki mövcud ortamı təhlil edərkən məndə belə qənaət yaranır ki, ikinci yerin sahibi bitərəf namizəd olacaq".
Əli Oruclu qeyd edib ki, Azərbaycanda siyasiləşməyən əhali fəal əhalinin təxminən 80 faizini təşkil edir:
"2018-ci il prezident seçkilərində İ.Əliyev 85.2 faiz səslə qalib olub, bitərəf namizəd Zahid Oruc isə 3.12 faiz səslə ikinci olub. Digər partiyaların namizədləri isə növbəti yerləri tutublar. Konkret ad çəkmək istəməsəm də 2018-ci il prezident seçkilərinin nəticələrinə uyğun yekun nəticələr olacaq. Lakin İ.Əliyevin səs faizinin çox olması ehtimalım var".
Süleyman