Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynada kəndlər təhlükəsizlik məqsədilə boşaldılır

Ukraynada kəndlər təhlükəsizlik məqsədilə boşaldılır


Ukrayna hakimiyyəti Rusiyanın artan hücumları foonunda döyüş mövqelərinə bir qədər yaxın olan kəndləri boşaltmağı qərarlaşdırıb.

Newscenter.az RİA Novostiyə istinadən bildirir ki, təkcə Xaekov vilayətinin Kupyansk rayonunda təxliyə edilməsi nəzərdə tutulan kəndlərin sayı 26-dır. Sözügedən kəndlərdə 3043 nəfər yaşayır ki, onların da 279-u uşaqdır.

Təxliyə edilənlər beynəlxalq humanitar təşkilatların vəsaiti hesabına mənzillə təmin olunacaq və onlara digər zəruri yardımlar veriləcək.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı hücumu 2022-ci il, fevralın 24-də başlayıb.

Anar TAĞIYEV
Xəbəri paylaş