Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni fəxri adlar təsis edilib

Yeni fəxri adlar təsis edilib


Rusiyada prezident Vladimir Putin tərəfindən veriləcək fəxri adlar sırasına daha ikisi əlavə edilib.

Newscenter.az Rusiya mediasına istinadən bildirir ki, prezident Vladimir Putinin fərmanı ilə Rusiyada yeni fəxri adlar yaradılıb. Bunlar “Rusiya Federasiyasının yerli özünüidarəetmə orqanının əməkdar işçisi” və “Rusiya Federasiyasının hərbi sənaye kompleksinin əməkdar işçisi” fəxri adlarıdır.

Yerli özünüidarəetmə orqanlarının əməkdar işçisi adı bələdiyyə orqanlarında azı 20 il iş stajı olan, bələdiyyə problemlərinin tənzimlənməsində ciddi xidmətləri olan, yerli özünüidarəetmə sisteminin inkişafına töhfə vermiş və mühüm nailiyyətlər əldə etmiş dövlət qulluqçularına veriləcək.

Anar TAĞIYEV
Xəbəri paylaş