Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ və Qərb Ukrayna müharibəsində təbliğat baxımından Rusiyaya uduzmaqdadır

ABŞ və Qərb Ukrayna müharibəsində təbliğat baxımından Rusiyaya uduzmaqdadır


«Bild» nəşri Almaniya silahlı qüvvələrinin təlim keçirməsini Rusiyaya qarşı müharibəyə hazırlaşması kimi təqdim edib və bunu təhlili yazıya çevirib. Bu sadəcə olaraq bir müəllifin və ya bir nəşrin mühakimələrindən başqa bir şey deyil.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Mütəllim Rəhimli Almaniyanın Rusiyaya qarşı müharibəyə başlayacağı barədə iddiaları şərh edərkən səsləndirib. Politoloq onu da deyib ki, ancaq bu yazını sıradan və yaxud təsadüfdən doğan məqalə adlandırmaq da yanlış olar:

“Çünki ABŞ və Qərb mediası Ukrayna müharibəsində təbliğat baxımından Rusiyaya uduzmaqdadır. Etiraf etmək lazımdır ki, Qərb cəmiyyətində getdikcə müharibə əleyhidarlarının sayı artmaqdadır. Üstəlik, ABŞ və Qərbin Ukraynaya dəstəyi nəzərə çarpacaq dərəcədə azaltması inkişaf etməkdə olan ölkələrdə demokratiya uğrunda mübarizə tərəfdarlarını da məyus edib”.

Politoloq deyib ki, lakin Rusiyada cəmiyyətin böyük hissəsi müharibəyə vətənpərvərlik hisslərindən yanaşır və onu dəstəkləyir:

“Bütün bunları nəzərə alan Qərb strateqləri cəmiyyətdə Rusiyaya qarşı nifrət və oradan gələ biləcək təhlükələrlə bağlı mütəmadi olaraq analitik yazılar hazırlayırlar. Bununla da cəmiyyətlərini Rusiyaya qarşı nifrətə kökləməyə, Ukrayna müharibəsində hökumətlərin addımlarına bəraət qazandırmağa çalışırlar. Bütün bunların yalnız təbliğat xarakteri daşıdığını elə onların digər yazıları da təsdiq edir. Belə ki, mütəmadi olaraq Rusiyanın müharibə dövründə tank arsenalının 80 faizini itirdiyini, 300 mini keçən əsgər və zabit, çoxsaylı zirehli texnika, silah-sursat itkisi barədə məlumatlar verilib. Əslində bu bir-birindən fərqli olan iki fərqli yanaşma və mövqedir. Onlardan hər ikisi eyni zamanda doğru ola bilməz”.

Süleyman
Xəbəri paylaş