ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan polkovniki Gary Tabach
"Ukrayna ABŞ-ın köməyinə arxalanmamalıdır, Çünki Ağ Ev Kiyevin qalib gəlməsini istəmir".
Newscenter.az "Sputnik Türkiyə"yə istinadən bildirir ki, bunu ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan polkovniki Gary Tabach "Politeka" kanalına verdiyi açıqlamada deyib.
Vaşinqton rəhbərliyinin Ukraynanı yalnız “Sovet İttifaqının əlavəsi” olaraq gördüyünü ifadə edən Tabach, “Amerikalılar Ukraynanın Rusiyaya qalib gəlməsini istəmir və Ukraynanın müstəqil dövlət olaraq qalmamasına üstünlük verirlər",-deyə vurğulayıb.
Amerikalı general bildirib ki, Demokratik və Respublikaçılar partiyaları daxilində Ukrayna dövlətçiliyinin düşmənləri var.
Süleyman