“Avropa İttifaqının Ermənistandakı missiyasının sayını arrtırması regionda heç də sülhə və təhlükəsizliyə xidmət etmir. Qurumun yeganə məqsədi regionda yenidən gərginliyi artırmaq və yeni hərbi qarşıdurmalara rəvac verməkdir”.
Bu fikirləri Newscenter.az-a politoloq Elvin Babayev Avropa İttifaqının Ermənistana əlavə 1500 patrul göndərməsi qərarına münasibət bildirərkən səsləndirib. O qeyd edib ki, bununla Aİ Ermənistanda güvənc, təhlükəsizlik zəmanəti formalaşdırmaq, İrəvanı sülhdən yayındırmaq istəyir:
“Bu arada Ermənistanda revanşist fikirlərin çoxalması, yenidən müharibə ab-havasının genişlənməsi də təsadüfi deyil. Bir sözlə Avropa İttifaqı patrul xidməti adı ilə Ermənistana arxa-dayaq duraraq onu yenidən müharibəyə sürükləyir”
Süleyman