"Dünyada insan hüquqlarından ən son danışmalı olan Fransa Azərbaycanın öz ərazisindəki terroristləri təmizləməsini "hücum" adlandırıb. Dünyanın indiki məqamında dinc sakinlərin kütləvi şəkildə məhv edildiyi bəlli müharibələrdəki insanların taleyinə biganə olan Fransa burnu belə qanamayan ermənilərə olmayan təcavüzə görə bəyanat verib. Bəyanatın özü belə absurddur".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməni şərh edərkən səsləndirib. O bildirib ki, hansısa ola biləcək cəhdlərə görə qətnamə qəbul etmək geri zəkalılığın son həddidir:
"Əvvəla Azərbaycan Ermənistan ərazisinə bir güllə belə atmayıb ki, bu, təcavüz sayılsın. Sonra isə Azərbaycanın heç belə bir fikri də yoxdur. Olma ehtimalına görə hansısa absurd qətnamə qəbul etmək isə ermənidən çox erməni olmaqdır".
Azər Qasımov deyib ki, ermənilərin özləri heç öz talelərindən bu qədər narahat deyillər:
"Qarabağdan öz xoşları ilə çıxıb gedən ermənilərə isə Azərbaycan dövləti həmişə geri qayıtmağa şərait yaradıb və indi də yaradır. Gəlmək istəyən erməni lazımı prosedurlardan sonra gəlsin. Biz buna təminat veririk. Sadəcə Ermənistandan qovulan 250 min azərbaycanlının da geri qayıtmasına Ermənistan təminat versin. Bizim istəyimiz budur. Fransa senatına isə öz müasir imperiyasında yaşayan xalqların da azadlıq və hüquqlarını qorumaq və onların müstəqilliyi ilə əlaqəli də qətnamə qəbul etməyi məsləhət görürük".
Süleyman