Fransa Senatının bir qrup deputatı bu gün Azərbaycana qarşı qətnamə qəbul edib. Qətnamədə Ermənistanın ərazi bütövlüyünə dəstək və Azərbaycanın Qarabağda keçirdiyi hərbi əməliyyatların pislənməsi və Azərbaycana qarşı sanksiyalar tətbiq olunması qeyd olunur.
Newscenter.az-ın xəbərinə görə, məsələyə münasibət bildiirən siyasi ekspert Çingiz Şahbazi deyib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı istər diplomatik vasitələrin, istərsə də iki ölkə arasında işçi qrupunun səylərinin intensivləşdiyi bir vaxtda, Ermənistan üzərindən Cənubi Qafqazda öz geosiyasi maraqlarını təmin etmək məqsədilə, Fransa və digər ölkələrin ərsəyə gətirilməkdə olan yekun sülh müqaviləsinin bağlanmasına mane olmaq üçün, əngəllər yaratmaq kimi siyasi baxımdan addımlar atmaqla, Ermənistanın əlinə oynaya bilərlər. Onun sözlərinə görə, əslində Fransa Senatının qəbul etdiyi qətnamə heç bir halda həqiqəti özündə əks etdirmir:
"Qətnamədə qeyd olunanlar ölkəmizə qarşı Fransanın növbəti təxribatıdır və bu səbəbdən qətnamə Azərbaycan dövləti tərəfindən birmənalı olaraq qəbul edilə bilməz. Çünki qətnamə siyasi xarakter daşıyır və məhz indiki vaxtda, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması prosesinə mənfi təsir göstərmək üçün atilan addımdır".
Anar Əliyev