2023-cü ildə İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə ümumilikdə 590 440 müraciət daxil olub.
Newscenter.az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, müraciətlərin 512 684-ü canlı rejimdə, qalanları isə səsli menyu xidməti vasitəsilə qəbul edilib.
Müraciətlər əsasən istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, vergi ödəyicisinin hüquq və vəzifələri, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.
Daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə tədbirlər görülüb.
Çağrı Mərkəzinə ölkənin istənilən regionundan stasionar telefonla birbaşa zəng etmək olar. Göstərilən xidmətlər ödənişsizdir.
Süleyman