Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

MSK sədri beynəlxalq müşahidəçiləri azad olunmuş ərazilərdə seçkiləri izləməyə çağırıb

MSK sədri beynəlxalq müşahidəçiləri azad olunmuş ərazilərdə seçkiləri izləməyə çağırıb


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov beynəlxalq müşahidəçilər azad olunmuş ərazilərdə seçkiləri izləməyə çağırıb.

Newscenter.az-ın məlumatına görə, o, kütləvi informasiya vasitələrinin nümayəndələrindən də bu məsələni gündəmə gətirmələrini istəyib:

"Əgər beynəlxalq müşahidəçilər azad olunmuş ərazilərə getmirlərsə, bunu fəaliyyətimizə biganəlik kimi qiymətləndiririk. Hətta belədə onları siyasi mövqe nümayiş etdirməkdə günahlandırmaq olar. Seçkilərdə düzgün müşahidəçilik beynəlxalq müşahidəçilərin əsas missiyasıdır. Onlar bütün ölkə ərazisində, o cümlədən azad olunmuş ərazilərdə seçkiləri müşahidə etməlidirlər. Bunu yaxşı səviyyədə onların diqqətinə çatdırmaq lazımdır".

Anar Əliyev
Xəbəri paylaş