“Avropa İttifaqının Ermənistana əlavə 1500 patrul göndərməsi əslində Ermənistanı himayə etməkdən daha çox NATO-nun, Qərbin Rusiya sərhədlərinə doğru yaxınlaşmasıdır. Ukrayna variantı iflasa uğradığından indi də NATO Ermənistan istiqamətindən Rusiya sərhədlərinə yaxınlaşmağa çalışır”.
Bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan Newscenter.az-a daxil olan açıqlamada qeyd edilib ki, Ermənistan da kor-koranə Qərbin, Avropanın oyununun qurbanına çevrilir:
“Ermınistana göndərilən Avropa İttifaqı müşahidə mussiyası üzvü olan ölkələrin həm də NATO üzvü olduqlarını nəzərə alsaq, o zaman planın nədən ibarət olduğunu dərindən təhlil etməyə heç də lüzum yoxdur”.
Analitik Qrup hesab edir ki, Qərb Ermənistanı ikinci Ukraynaya çevirmiş olacaq.
Anar Əliyev