Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Parisdə təhlükəsizlik tədbirləri gücləndiriləcək

Parisdə təhlükəsizlik tədbirləri gücləndiriləcək


Fransa paytaxtında təhlükəsizlik tədbirlərinn gücləndirilmsi qərara alınıb.

Newscenter.az xəbər verir ki, bu barədə Fransa Quru Qoşunlarının Baş Qərargah rəisi Pyer de Vilye "Frans Press" agentliyinə bildirib.

O deyib ki, Fransa 2024-cü ilin yayında Parisdə keçiriləcək Olimpiya Oyunlarının təhlükəsizliyi üçün paytaxtdakı hərbi kontingentini 20 min nəfərə çatdıracaq.

“Olimpiya Oyunları ölkəmiz üçün son dərəcə mühüm hadisə olacaq. Hərbçilər olimpiya məşəli estafet iştirakçılarını bütün ölkə boyu müşayiət edəcəklər. Yarışlar zamanı onlar ölkə daxilində polis, jandarma və digər xidmətlərə dəstək verəcəklər",-deyə Pyer de-Vilye vurğulayıb.

Qeyd edək ki, Paris Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Anar TAĞIYEV
Xəbəri paylaş