“Qərb cəmiyyətində Rusiya və onun müttəfiqlərinə münasibətdə qorxu formalaşdırılmağa çalışılır. Bu isə təhlükənin miqyasını artırmağa xidmət edir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Mütəllim Rəhimli səsləndirib. Onun sözlərinə görə, bütün bunlar onu göstərir ki, cəmiyyətlərin parçalanması, bölünməsi, anlaşılmazlıq mühitinin dərinləşməsi davam etməkdədir:
“Bu isə Qərbin Ukrayna və onun kimi digər ölkələri Rusiyaya qarşı qaldırmağa davam etmək niyyətini ortaya qoyur. Yəni Rusiya daha çox cəbhədə müharibəyə cəlb edilməyə çalışılır. Lakin onlar özləri birbaşa müharibədə iştirak etmək əzmində deyillər. Prosesləri idarə etmək və uğurlu nəticəni bölüşmək Qərb üçün daha əlverişlidir”.
Anar Əliyev