Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Roma papasından daha çox katoliki olan Fransa

Roma papasından daha çox katoliki olan Fransa



Fransa hazırda Azərbaycana qarşı Ermınistandan daha çox ermənilik edir. Bir növ Fransa hazırda Roma Papasından daha çox katolik rolunu oynayır.

Bu fikirlər “Xəbər Mərkəzi” Analitik Qrupun Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməyə verdiyi şərhdə əksini tapıb. Newscenter.az-a Analitik Qrupdan daxil olan açıqlamada bildirilib ki, Fransa Senatının qəbul etdiyi qətnamə heç bir ındazəyə sığmır, reallığı əks etdirmir:

“Fransa Senatı iddia edir və utanmadan yalan danışır ki, guya Azərbaycan Ermınistan ərazisinə hücum edəcək. Rəsmi Bakı ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, bizim heç kimin ərazisində gözümüz yoxdur və hər bir dövlətin ərazi bütövlüyünü də tanıyır. Digər tərəfdən reallıqdan və həqiqətdən uzaq fransız senatorların iddia etdiyi kimi Azərbaycan Qarabağa hücum etməyib, sadəcə öz suveren ərazilərində antiterror tədbirləri həyata keçirib.

Nərgiz Əzizova
Xəbəri paylaş