Rusiyanın "Soçi" klubu erməni futbolçu Ovannes Arutyunyanı koandaya qatmaq istəyir.
Newscenter.az hraparak.am-a istinadən bildirir ki, "Pyunik"in yarımmüdafiəçisi kimi tanınan Ovannes Arutyunyan, bir müddət Ermənistan yığmasında oynasa da, lakin 2021-ci ildə “Ararat”dan doğma klubuna qayıdıb və komandanın Ermənistan çempionu titulunu qazanmasına kömək edib. Həmin mövsümdə daxili liqalarda keçirdiyi 34 oyundan sonra Arutyunyan 4 qol və bir o qədər də təsirli ötürmə müəllifi olub.
Qeyd edək ki, "Pyunik" komandası məhz Arutyunyanın sayəsində Çempionlar Liqasının təsnifat mərhələsinin birinci və ikinci turlarını qazandı, daha sonra Konfrans Liqasının qrup mərhələsində debüt etdi.
Oruc Niyazov