Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın Ermənistanı silahlandırmasının məqsədi nədir?

Rusiyanın Ermənistanı silahlandırmasının məqsədi nədir?


Ermənstan yenidən bütün istiqamətlərdən dəstək görür. Bir tərəfdən Avropa İttifaqı bu ölkəyə əlavə 1500 patrul göndərir, digər tərəfdən Rusiya Ermənistana silah verir. Hər iki amil İrəvanı getdikcə daha da aqressivləşdirir və sülh danışıqlarında şərt irəli sürməsinə yol açır.

Newscenter.az-ın xəbərinə görə, baş verənlərlə bağlı politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiyanin Ermənistanı silahlandırmasinın əsas iki məqsədi var:

"Birinci, Azərbaycanla Ermənistan arasında mümkün sülh müqaviləsinin bağlanmasını qarşısını almaq. İkinci, Ermənistanın Qərblə əlaqələrinin mümkün inkişafını önləməkdir. Qeyd edim ki, bu silahların Ermənistana verilməsi pulsuzdur və yeni hücum silahlarının göndərilməsi mümkündür".

Politoloq deyib ki, Rusiya Cənubi Qafqazda geosiyasi mövqelərini Ermənistan vasitəsilə saxlamaq niyyətindədir:

"Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə əlaqələrini normallaşması istiqamətində real addımlar atacaqsa, Rusiyanın Ermənistanda təsiri zəifləyəcək. Əks halda isə, Ermənistan Rusiyanın orbitində qalacaq. Azərbaycanla sülh müqaviləsinin bağlanması reallaşmaya bilər".

Məhəmməd Əsədullazadə qeyd edib ki, ABŞ və Fransanın həmçinin Avropa İttifaqının Azərbaycana qarşı qərəzli mövqeyi artıq özlərinə qarşı çevirilir:

"Nəticədə sülhə mane olaraq Rusiya Ermənistanda təsirini qorumaq üçün addımlar atır".

Süleyman
Xəbəri paylaş