“Növbədənkənar prezident seçkilərinin təbliğat-təşviqat mərhələsi uğurla davam edir, kampaniyanın seçki qanunvericiliyinin tələblərinə uyğun şəkildə aparılması üçün heç bir maneçilik, əngəl törədilmir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri prezidentliyə namizəd Fuad Əliyev verib. O bildirib ki, bir-iki seçki təbliğatı lövhələrindən fotolarının cırılması ilə bağlı seçki qərargahına müraciətlər daxil olub:
“Bunun da hava şəraiti ilə bağlı olduğunu istisna etmirik. Çünki son günlər ölkə ərazisində küləkli hava hökm sürür. Ümumi götürəndə isə namizədlərə təbliğat-təşviqat kampnaiyası aparmaq üçün heç bir əngəl tətbiq edilmir”.
Fuad Əliyev əmin olduğunu bildirib ki, prosesi belə davam etdirməklə Azərbaycan fevralın 7-də daha bir uğurlu seçki keçirmiş olacaq.
Süleyman