"Türkiyədə keçirilən hər bir seçki kampaniyası kimi bələdiyyə seçkiləri də öz əhəmiyyətinə görə digərlərindən geri qalmır, hətta müəyyən mənada əsas rol oynayır. Bələdiyyə seçkilərinin qalibi, xüsusən də, iri şəhərlərdə qələbə əldə edən namizədlərin gələcək digər seçkilərdə də qalıb olma ehtimalı yüksək olur. İstanbul şəhərinin qalibinin isə hətta gələcəkdə daha vacib vəzifələrə seçilmək şansının böyük olduğu bildirilir".
Bu fikirləri Newscenter.az-a politoloq Azər Qasımov Türkiyədə mart ayında keçiriləcək bələdiyyə seçkiləri öncəsi vəziyyəti dəyərləndirərkən səsləndirib. O bildirib ki, Türkiyədə seçkilərin nəticələrinə təsir edən elektorat təxmini bəllidir:
"Hər kəs öz tərəfini seçib. Layiqlik tərəfdarları ilə dini təmayüllü elektorat kimlərə səs verəcəyini bilir. Əsas məsələ iri şəhərlər məsələsidir ki, hələlik burada AKP məğlub durumdadır. Səbəb isə iri şəhərlərdə daha çox layiq kəsimin nümayəndələrinin yaşamasıdır. Amma bu əsas şərt deyildir".
Politoloq deyib ki, siyasi durum hər zaman dəyişə bilir:
"Hesab edirəm ki, bu dəfə AKP iri şəhərlərdə daha yaxşı kampaniya aparacaq və bunun nəticələri də hiss edilir. Yeni namizədlər irəli sürülür. AKP əgər keçən müddət ərzində öz seçki təbliğatını doğru qura bilibsə, qələbə çalacağına şübhə olmayacaq".
Anar Əliyev