Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qırğızıstana başsağlığı verib.
Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, Z.Həsənov yanvarın 17-də təlim-məşq uçuşları zamanı "Mİ-8" hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Qırğız Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotova başsağlığı ünvanlayıb.
Qeyd edək ki, yanvarın 17-də Qırğızıstanın paytaxtı Bişkekdə hərbi helikopterin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
Mehman Mehdiyev