Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-da Apple saatlarının satışına qoyulan qadağa uzadılıb

ABŞ-da Apple saatlarının satışına qoyulan qadağa uzadılıb


Birləşmiş Ştatlarda Apple saatlarının satışına qoyulan qadağa daha bir müddət davam edəcək.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Amerika Federal Apellyasiya Məhkəməsi bu barədə qərar verib. Qərarda qeyd edilir ki, Amerikanın texnologiya nəhəngi sayılan “Apple” tərəfindən istehsal olunan və qanda oksigen səviyyəsini ölçmə qabiliyyətinə malik “Apple Watch Ultra 2” və “Apple Watch Series 9” modellərinin ABŞ-da satışına qoyulan qadağa ilkin olaraq cari ilin ortalarına qədər sürəcək.

Qeyd edək ki, beynəlxalq ticarət mübahisələrinə nəzarət edən ABŞ Beynəlxalq Ticarət Komissiyası keçən ilin oktyabrında Apple Watch-un qanda oksigen səviyyəsini ölçmə qabiliyyətinin Masimonun nəbz oksimetrinin patentlərini pozduğuna qərar verib. Komissiyanın qərarına ABŞ prezidenti Co Baydenin administrasiyası veto qoymayıb. Ağ Ev rəhbəri qərara veto qoymadığı üçün ABŞ-da Apple Watch Ultra 2 və Watch Series 9-un satışı qadağan edilib.

Mehman Mehdiyev
Xəbəri paylaş