Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almanlar Ukraynaya raket göndərilməsinə qarşıdır

Almanlar Ukraynaya raket göndərilməsinə qarşıdır


Almaniyada antiUkrayna əhval-ruhiyyəsi getdikcə artır.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, Almaniyada hökuməti formalaşdıran partiyalar “Taurus” raketlərinin Ukraynaya göndərilməsinə qarşı çıxıblar.

Belə ki, Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Azad Demokrat Partiyası (FDP) Almaniyada parlamentə təqdim edilən “Toros” raketlərinin Ukraynaya göndərilməsi təklifinin əleyhinə çıxıblar. Belə ki, Xristian Birlik Partiyaları (CDU/CSU) tərəfindən irəli sürülən təklif 485 əleyhinə səslə rədd edildi. Yalnız 178 deputat təklifin lehinə səs verib.

Bu arada alman mediası iddia edir ki, kansler Olaf Şolz da hələlik Ukraynaya 500 kilometrlik “Taurus” qanadlı raketlərinin verilməsinin tərəfdarı deyil.

Mehman Mehdiyev
Xəbəri paylaş