Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və İran arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və İran arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib


Milli Müdafiə Universitetinin rektorunun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru, milli təhlükəsizlik və hərb elmləri üzrə fəlsəfə doktoru, dosent, general-mayor Arif Həsənov rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə İran İslam Respublikasının Ali Milli Müdafiə Universitetinin rəisi general-mayor, doktor İsmayıl Əhmədi Müqəddəmin dəvəti ilə bu ölkədə səfərdə olub.

Bu barədə Newscenter.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti İran Ali Milli Müdafiə Universitetində olub. Qonaqları salamlayan general-mayor İ.Ə.Müqəddəm onları İranda görməkdən məmnun olduğunu bildirib. Nümayəndə heyəti İran Ali Milli Müdafiə Universitetinin elm, tədris və kitabxana bazası ilə tanış olub, onlara təhsil müəssisəsinin fəaliyyəti haqqında brifinq təqdim edilib.

General-mayor A.Həsənov dəvətə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, Milli Müdafiə Universitetinin yaranma tarixi, onun nəzdindəki hərbi təhsil müəssisələrinin əsas fəaliyyət istiqamətləri, strukturu ilə bağlı məlumat verib.

Görüşdə elm və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin və bu cür görüşlərin zəruriliyi xüsusi vurğulanıb.

Sonra Azərbaycan nümayəndə heyəti İran Müdafiə Nazirliyinin istehsal etdiyi hərbi məhsulların nümayiş olunduğu sərgi ilə tanış olub.

Səfər çərçivəsində, həmçinin İran Ordusunun Komanda və Qərargah Universiteti, İran Silahlı Qüvvələri Baş Qərargahının Beynəlxalq Əməkdaşlıq İdarəsi də ziyarət edilib.

Görüşlərdə ölkələrimiz arasında hərbi təhsil sahəsində maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş