Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çin Pakistanla İran arasında vasitəçilik etmək istəyir

Çin Pakistanla İran arasında vasitəçilik etmək istəyir


Çin Pakistanla İran arasında meydana gələn gərginliyi aradan qaldırmaq üçün vasitəçilik təklif edir.

Newscenter.az "Sputnik Türkiyə"yə istinadən bildirir ki, belə bir açıqlama ilə Çinin Kəraçidəki baş konsulu Yanq Yundonq çıxış edib.

O bildirib ki, ölkəsi Pakistan və İran arasında gərginliyin azaldılmasında konstruktiv rol oynamaq istəyir.

Qeyd edək ki, yanvarın 16-da İran Pakistanın Bəlucistan əyalətindəki Ceyşul Ədl təşkilatının düşərgələrini raketlər və pilotsuz uçuş aparatları ilə hədəf alıb. Raket hücumu zamanı bir neçə nəfər həlak olub və müxtəlif dərəcəli xəsarət alıb.

Mehman Mehdiyev
Xəbəri paylaş