Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Estoniyadakı Rusiya vətəndaşlarının səsvermıə hüququ əllərindən alınacaq

Estoniyadakı Rusiya vətəndaşlarının səsvermıə hüququ əllərindən alınacaq


Estoniyada yaşayan Rusiya vətəndaşlarının səsvermə hüququ ləğv edilə bilər.

Newscenter.az "Sputnik Türkiyə"yə istinadən bildirir ki, bu tələblə Estoniyanın baş naziri Kaja Kallas çıxış edib.

Baş nazir bəyan edib ki, onun hökuməti ölkədə yaşayan Rusiya və Belarus vətəndaşlarının yerli seçkilərdə səsvermə hüququnu məhdudlaşdırmaq üçün fürsət axtarır.

Kallas deyib ki, hakim koalisiyanın məqsədi konstitusiyaya dəyişiklik etmədən onların səsvermə hüququnu dərhal dayandırmaqdır ki, Rusiya və Belarus vətəndaşlarının “Ukraynada müharibə” bitənə qədər ölkədə yerli seçkilərdə səs vermək imkanı olmasın.

Qeyd edək ki, Estoniya Konstitusiyasına əsasən, yerli seçkilərdə ölkə vətəndaşları ilə yanaşı, 16 yaşına çatmış digər Avropa İttifaqı ölkələrinin vətəndaşları, ölkədə yaşayan üçüncü ölkə vətəndaşları və vətəndaşlığı olmayan şəxslər də səsvermə hüququna malikdirlər. Lakin seçkilərdə yalnız Estoniya və digər Aİ ölkələrinin vətəndaşları namizəd kimi iştirak edə bilər.

Mehman Mehdiyev
Xəbəri paylaş