Fransanın növbəti təxribatı! Fransa Azərbaycandan nə istəyir? Nədən Fransız senatı növbəti dəfə də praktik olaraq yekdilliklə Azərbaycan əleyhinə qətnamə qəbul etdi? Bu sənədlərin qəbulunda bu qədər yekdillik varsa, deməli Makron tək deyil, bütün fransız xalqının düşüncəsi bu səviyyədədi.
Son illərdə bu mövzuda nə qədər yazılar yazsam da hökuməti Fransaya layiq olduğu cavabı verməyə səsləsəm də Fransanın bu davranışlarının kökündə nələrin dayandığını dərindən araşdırmaq imkanım olmamışdı. Bu dəfə isə bunu etməli oldum. Fransanın yaxın keçmişdə müstəmləkə altında saxladığı ölkələrdə törətdiyi vəhşiliklərdən, Parisdəki insan muzeyində həmin vəhşiliklər zaman öldürülmüş 18 min hərbiçinin kəllə sümüyünü saxlayaraq öz vəhşiliklərini bu şəkildə dünyaya nümayiş etdirdiklərindən, müstəmləkə illərində etnik və dini mənsubiyyətinə görə 2 milyondan artıq dinc sakini kütləvi şəkildə qətlə yetirdiklərindən, İşğal etdiyi Əlcəzair ərazilərində 5 milyondan artıq mina basdırıb bu günə qədər həmin minaların xəritələrini Əlcəzair hökumətinə vermədiklərindən, 1961-ci il oktyabr ayının 17-də Fransada yaşayan on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə dinc nümayişə çıxarkən, Fransa polisinin açdığı atəş, habelə etirazçıların Sena çayına atılması nəticəsində onlardan 1500 nəfərin qətlə yetirlidiyindən, eyni qayda ilə 1961-ci ildə, Tunisdə Fransa hərbi bazasının bağlanmasını tələb edən 5000-ə yaxın tunislinin fransız hərbiçiləri tərəfindən qətlə yetirilməsndən mətbuat səhifələrində bir neçə dəfə bəhs etmişdim.
Fransanın son siyasi əxlaqsızlığından sonra isə faransızların bu vəhşilklərinin və Azərbaycana qarşı bu gün nümayiş etdirdikləri siyasi əxlaqsızlığın köklərini daha dərindən araşdırmağa çalışdım. İndi deyə bilərəm ki, fransızların bu davranışlarının kökünün haradan və nədən qaynaqlandığına şübhəm qalmadı. Hörmətli oxucularımız da bu sətirləri oxuduqdan sonra mənimlə razılaşacaqlar ki, fransız vəhşiliyinin və siyasi əxlaqsızlığının kökləri bu xalqın tarixi keçmişindən qaynaqlanır. Tarixdə vəhşi kimi yaşamış bir xalq, zamanla Ancaq zahiri görkəmi dəyişə bilər, genlər isə dəyişmir. İndi gəlin bu gün Fransa senatında yekdilliklə Azərbaycan əleyhinə qətnaməyə səs verən fransızların bir qədər uzaq keçmişdəki həyat yoluna nəzər salaq. Məncə bu sətirləri oxuduqdan sonra şərhə ehtiyac qalmayacaq...
…Fransa kralı XIV Lüdovik həyatında yalnız iki dəfə həkimlərin məsləhəti ilə yuyunsa da bu prosedur onu o qədər dəhşətə gətirdi ki, bundan sonra bir daha yuyunmayacağına and içib.
X-XII əsrlərdə Parisdə kanalizasiya sistemi olmadığından, insanlar bütün növ zibilləri və tullantıları küçənin ortasından keçən arxa atırdılar və zibilxanaya çevrilən bu arxlar çox tez tıxanırdı. Sena çayının sularının qalxması ilə zibillə dolu arxların daşması nəticəsində şəhərdə xoşagəlməz qoxudan dayanmaq olmurdu. Küçədən axan çirkab suların iyindən tez-tez insanların huşunu itirməsi halları baş verirdi. Bu vəziyyətin yaranmasının əsas səbəbi isə o idi ki, bütün tullantılar, hətta "gecə vazaları" deyilən şeylər də evlərin pəncərələrindən birbaşa küçələrə atılırdı. 1270-ci ildə kanalizasiya sularının və "gecə vazaları"nın pəncərələrdən küçəyə tökülməsini qadağan edən qanun qəbul olundu. Amma fransızlar bu qanuna praktiki olaraq əməl etmədilər və nəhayət yüz ildən sonra yoldan keçən insanlara qarşıdan gələn təhlükə barədə məcburi xəbərdarlıq edilməsi barədə qanun qəbul olundu.
Bütün bu antisanitariya məkanında sonda böyük bir faciə yaşandı - XIV əsrdə Fransa əhalisinin üçdə biri bu antisanitariyanın qurbanına çevrilərək vəba epidemiyasından öldü. “Qara ölüm” amansızcasına insanların həyatını aldı, bütün şəhərləri və kəndləri yer üzündən sildi…
İndi bu həyat tərzinə sahib olmuş babaların və nənələrin nəvələri Azərbaycana qarşı siyasi əxlaqsızlıq nümayiş etdirirsə, biz heç nəyə təəccüblənməməliyik… Məhşur rus alimi N.Vavilovun dediyi kimi “genlər dəyişmir, onları aldatmaq mümkün deyil”.
Biz heç nədən çəkinmədən Fransa hökuməti ilə onun anlaya biləcəyi dildə danışmalıyıq.
Fikrət Yusifov-“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri
Newscenter.az üçün