"Fransa Senatının ötən gün qəbul etdiyi Qətnamə eynən bundan əvvəl qəbul olunmuş qətnamə və bəyantlar kimi qərəzli, birtərəfli və əsassızdır".
Bu fikirləri Newscenter.az-a politoloq Yusif Baırzadə səsləndirib. Onunn sözlərinə görə, xüsusilə son bir neçə ildir ki, Fransanın ayrı-ayrı siyasi dairələri, Senatı və Milli Assambleyası tərəfindən ölkəmizə qarşı Azərbaycanofob və islamofob fəaliyyətin şahidi oluruq:
"Fransanın bu fəaliyyəti beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı fəaliyyət kimi qiymətləndiriıməlidir. Bu hal bütün dünyanın gözü qarşısında Fransa Senatının separatizmi və terroru dəstəkləməsinin əyani sübutudur".
Yusif Bağırzdə deyib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğal olunması, mülki əhalinin qətlə yetirilməsi, işğalçı dövlətin torpaqlarımızda etnik təmizləmə, ekoloji terror, qeyri-qanuni məskunlaşma və qanunsuz iqtisadi fəaliyyətlər aparmasına qarşı 30 il susqun mövqe nümayiş etdirmiş Fransa indi bu şəkildə Qətnamələr qəbul etməklə faktiki olaraq münaqişəni yenidən alovlandırmağa çalışır:
"Halbuki, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət edilməsi Fransa tərəfinin həm çoxtərəfli, həm də ikitərəfli beynəlxalq öhdəliyidir. Fransa isə əksinə nəinki ərazi bütövlüyümüzə hörmət edir, həm də beynəlxalq təşkilatlarda təşəbbüsçüsü olduğu qətnamə layihələrində ölkəmizin ərazi bütövlüyünü və suverenliyini sual altına qoymağa cəhdlər edir.
BMT Təhlükəsizlik Şurası və Avropa İttifaqı çərçivəsində Fransanın irəli sürdüyü Azərbaycan əleyhinə çoxsaylı qərar və qətnamə layihələrinin qəbul olunmaması Azərbaycan dövlətinin uğurlu xarici siyasəti ilə yanaşı, Fransanın təşəbbüslərinin bu təşkilatlarda haqlı olaraq qərəzli və qeyri-obyektiv addımlar kimi qiymətləndirilməsi ilə bağlıdır".
Politoloqun qənaətincə, Fransa Senatının qətnaməsində və Fransa rəsmilərinin mütəmadi açıqlamalarında iddia edildiyinin əksinə olaraq, hətta Avropa Şurasının İnsan hüquqları üzrə komissarının Ermənistana və Azərbaycana səfərindən sonra hazırladığı hesabatda da qeyd edilir ki, Azərbaycan hakimiyyəti tərəfindən heç bir güc tətbiq olunmadan, Azərbaycanın Qarabağ bölgəsini tərk etmək yerli ermənilərin öz könüllü qərarı olmuşdur:
"Ümumiyyətlə isə dünyanın müxtəlif bölgələrində 50-dən artıq dövlətin ərazisini işğal etmiş, sərvətlərini talamış, xalqlarını uzun illər əsarətdə saxlamış Fransa kimi bir dövlətin hər hansı bir başqa ölkəni, xüsusilə də Azərbaycanı nədəsə günhlandırmağa heç bir haqqı çatmır. Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bəşər tarixinin qara səhifələri və Fransanın siyasi tarixində silinməsi mümkün olmayan ləkədir".
Yusif Bağırzadə hesab edir ki, Milli Məclisin Fransa Senatının Azərbaycan əleyhinə qətnaməsinə cavab olaraq bu gün qəbul etdiyi Qətnamədə edilən çağırışlar tamamilə əsaslıdır və Fransa rəsmilərinin Azərbaycandakı aktivlərinin dondurulması, bu ölkə ilə bütün iqtisadi əlaqələrin dayandırılması, Total da daxil olmaqla, bütün Fransa şirkətləri Azərbaycandan çıxarılması, Kanaky, Maohi Nui və Korsikanın müstəqilliyinin tanınması istiqamətində təcili addımların atılması vacibdir:
"Eyni şəkildə Fransa Senatının məlum Qətnamənin lehinə səs vermiş nümayəndələrinin Azərbaycana girişinə ömürlük qadağa qoyulması ilə bağlı da qərarlar qəbul olunmalıdır".
Süleyman