Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransanın Azərbaycana düşmən münasibətinin daha bir təzahürü

Fransanın Azərbaycana düşmən münasibətinin daha bir təzahürü


“Artıq Fransaya qarşı qəti və konkret addımların atılması zərurətə çevrilib. Çünki Paris bütün beynəlxalq hüquq və prinsipləri, hətta etik normaları belə pozaraq Azərbaycana qarşı açq-aşkar düşmənçilik mövqeyini ortaya qoyur. Ötən gün Fransa Senatının qəbul etdiyi qətnamə də bunun əyani sübutudur”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov Fransa Senatının ötən gün qəbul etdiyi antiAzərbaycan qətnaməni şərh edərkən səsləndirib. Millət vəkili deyib ki, sözügedən sənəd bir daha Fransa hakimiyyətinn iç üzünü, Azərbaycana olan düşmən münasibətini ortaya qoyur:

“Senat üzvlərinin erməni yalanlarına və maraqlarına şərik çıxıb Azərbaycanın Qarabağa hücum etdiyi iddiasını irəli sürməsi Parisin özünün də qəbul etdiyi beynəlxalq hüquq və normaların kobud şəkildə pozulmsı, dövlətlərin ərazi bütövlüyü prinsipinə ziddir. Çünki bütün dünya, eləcə də Fransanın təmsil olunduğu BMT və onun Təhlükəsizlik Şurası da Qarabağı Azərbaycan ərazisi kimi tanıyır və qəbul edir. Azərbaycanın öz ərazisində antiterror tədbirləri həyata keçirməsi, separatizmin kökünü kəsməsini başqa istiqamətə yönləndirmək, Azərbaycanı olmayan bir şeylər barədə günahlandırmaq beynəlxalq hüququn ayaqlar altına atılması deməkdir. Bir sözlə Senatın qəbul etdiyi qətnamə Azərbaycana düşmən münasibətin daha bir təzahürüdür”.

İqbal Məmmədovun sözlərinə görə, fransız senatorları dəqiq bilməlidirlər ki, Azərbaycan Fransadan fərqli olaraq işğalçı, müstəmləkəçi bir dövlət deyil:

“Fransanın tarixən işğalçı və müstəmləkəçi bir dövlət olduğu hər kəsə bəllidir. İşğalçı bir dövlətin Azərbaycana belə bir damğa vurması sadəcə eyibdir. Eyni zamanda riyakarlıqdır”.

Anar Əliyev
Xəbəri paylaş